AZ

Azərbaycan millisi Braziliyada keçirilən təlim-məşq düşərgəsinə qatıldı

BAKI, 9 sentyabr. TELEQRAF

Kişi cüdoçulardan ibarət Azərbaycan yığması Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Teleqraf xəbər verir ki, toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər.

İki həftə davam edəcək bu toplanış milli komandanın V İslam Həmrəyliyi Oyunlarına hazırlığının vacib mərhələsidir.

Seçilən
41
4
teleqraf.com

7Mənbələr