Türkiyəli mütəxəssis Engin Fırat Azərbaycan millisinin baş məşqçisi ola bilər.
Bu barədə onun meneceri Tolgahan Tuğlu Türkiyə mətbuatına açıqlama verib.
O, Azərbaycandan Engin Fıratla maraqlandıqlarını söyləyib.
"Rəsmi təklif gəlsə, danışıqlara başlayacağıq. Azərbaycandan mənə çox zənglər gəlib. Nə qədər rəsmi şəxslər olduğunu bilmirəm. Amma maraq həqiqətən böyükdür. Lakin mənə çatan rəsmi təklif yoxdur. Engin Fırat Azərbaycan millisinə gedər? Əlbəttə. Ora qardaş ölkədir. Azərbaycanda hocanın hörmət etdiyi futbol mədəniyyəti var".
Tolgahan Tuğlu baş məşqçinin Keniyadakı karyerasının uğurlu alındığını söyləyib.
"Azərbaycan millisində uğurlu nəticələr əldə edə bilər. Engin hoca öləni "dirildir". Keniyada etdikləri hər kəsə bəllidir. Siz fikirləşin Azərbaycan yığması ilə nələr edər".
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş ötən gün istefaya göndərilib.