“Əlimizdən gələni edəcəyik ki, bu yarışda qızıl medal qazanaq”.
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş millisinin baş məşqçisi Xetaq Qayzumov yığmanın açıq məşqi zamanı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis komandanın dünya çempionatına hazırlığını dəyərləndirib: “Yarışa hazırlıq mərhələsində üç təlim-məşq toplanışına qatılmışdıq. Düzdür, müəyyən zədələr oldu, ancaq ümumilikdə hazırlıq yaxşı keçdi. Biz məşqçilər olaraq əlimizdən gələni edirik ki, hər şey yaxşı olsun. Əlbəttə ki, hədəf qızıl medaldır. Müəyyən çəkilər var ki, biz onlarda qızıl medal gözləyirik. Təbii ki, gənclərin də maksimum dərəcədə yaxşı çıxış edəcəyinə ümid bəsləyirik. Ancaq öncədən proqnoz vermək olmur”.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.