1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "VISA" şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
"Görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin KOB-lara dəstək mexanizmləri barədə fikir mübadiləsi apardıq. Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə şirkət arasında imzalanan anlaşma memorandumu ölkəmizdə müasir maliyyə həllərinin genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət edəcək".
"VISA" şirkətinin (@Visa) MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşdə əməkdaşlıq imkanları, #rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin #KOB-lara dəstək mexanizmləri barədə fikir mübadiləsi apardıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 9, 2025
Görüş çərçivəsində… pic.twitter.com/m4LD6DSKB2