AZ

Dəmir yolu, metro və avtobuslarda, bankomatlarda üztanıma ilə ödəniş üçün işlər aparılır

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycanda 2 dəmir yolu stansiyasında ödənişlərin “Sima Pay” vasitəsilə üztanıma ilə aparılması test edilib.“APA-Economics” xəbər verir ki, bunu “Azintelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə qurumun şöbə müdiri Tamerlan Məşədihəsənli deyib.

O bildirib ki, digər stansiyalarda da üztanlma ilə ödənişlərin edilməsi istiqamətində işlər aparılır:“Hazırda supermarketlər şəbəkələri ilə də danışırıq ki, onlarda da üztanıma ilə ödənişlər mümkün olsun”.“Gələcəkdə bankomatlarda da üztanıma texnologiyasından istifadənin tətbiqi ilə bağlı planlarımız var. Bu sistem metro və avtobuslarda da tətbiq oluna bilər”, - deyə qurumun rəsmisi əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
7
apa.az

8Mənbələr