AZ

Şeyxülislam TDT nın Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısında iştirak edəcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qırğızıstana səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, A.Paşazadə sentyabrın 11-də Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısına qatılacaq.

İstanbul, Bakı, Şuşa, Türküstan, Daşkənd, Astana toplantılarının ardınca Bişkekdə baş tutacaq VI iclasda “İslamda ümmətin vəhdəti” adlı sənədin qəbulu nəzərdə tutulub.

Qeyd edək ki, Şuranın növbəti iclası Azərbaycanda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
3
azertag.az

4Mənbələr