NTD amerikalı basketbolçu ilə heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi 193 sm boya malik Kobi Montqomeri ilə anlaşıb.
Oyunqurucu mövqeyində çıxış edən 24 yaşlı basketbolçu son olaraq ABŞ-nin "Southern Mississippi" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, NTD bundan əvvəl Lidarius Marşalı da heyətinə qatmışdı..