AZ

10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

AYNA-dan Publika.az-a verilən məlumata görə,Gəncə-Qazax, Qurbanzadə kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir) - Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl) - Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl) - Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir) - Gəncə (Dəmiryolu vağzalı), Ziyadlı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Qaradağlı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

“Gəncə-Qazax” marşrutları üzrə fiziki şəxslər Kərimov Nəbi Elbəyi oğlu və Əhmədov Elçin İsmit oğlu; Qurbanzadə kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Yalqışlaq kəndi (Göygöl) – Gəncə (Bağbanlar küçəsi) marşrutları üzrə hüquqi şəxs "Simurq Kompani" MMC; Qaramusalı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Hacıalı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC; Qapanlı kəndi (Şəmkir) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC; Qırıqlı kəndi (Göygöl) – Gəncə (Avtovağzal) və Ağlavaşlı kəndi (Şəmkir) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Danyarlı" şirkəti; Ziyadlı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutu üzrə hüquqi şəxs "Nəqliyyat 1" MMC; Qaradağlı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC qalib elan olunublar.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Seçilən
21
10
publika.az

10Mənbələr