AZ

Tramp Bakı ilə danışdı, razı qaldı Deputat

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“ABŞ-la Azərbaycan müqayisəyə gəlməyəcək dərəcədə fərqli ölkələrdir. Bununla belə, Vaşinqtondakı dialoqlardan açıq şəkildə görünürdü ki, Prezident Donald Tramp ünsiyyətdən razı qalıb. Bu səmimi münasibət sabah ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda sədr müavini Rafael Hüseynli deyib.

R.Hüseynli bildirib ki, Prezident İlham Əliyev yalnız Azərbaycanın deyil, həm də gələcəyin güclü Cənubi Qafqazının qurucusu kimi qiymətləndirilməlidir:

“Qarşılıqlı iqtisadi maraqlar münasibətlərə müsbət təsir göstərəcək və əməkdaşlığa yeni töhfələr qazandıracaq.

ABŞ-ın həm 45-ci, həm də 47-ci prezidenti eyni şəxs olsa da, bu gün Donald Tramp ölkəsini zəifləmiş qurumlardan azad etməyə çalışır və atdığı konkret addımlarla sülhə, qarşılıqlı yaxınlaşmaya istiqamətlənir.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
globalinfo.az

1Mənbələr