2025-ci ilin avqust ayına olan məlumatlara görə, dünyanın ən dəyərli milli futbol komandalarının siyahısı açıqlanıb.
Hafta.az-ın yazdığına görə, siyahı hazırlanarkən milli komandaların büdcəsi, qazancları və sairdən ibarət bütün maddi gəlir-çıxarları nəzərə alınıb.
Siyahı maddi dəyərindən asılı olaraq, aşağıdakı kimidir:
1. Fransa 1,28 milyard avro, 2. İspaniya 1,27 milyard avro, 3. İngiltərə 940 milyon avro, 4. İtaliya 860 milyon avro, 5. Portuqaliya 849 milyon avro, 6. Argentina 781 milyon avro, 7. Hollandiya 778 milyon avro, 8. Braziliya 688 milyon avro, 9. Almaniya 622 milyon avro, 10. Norveç 511 milyon avro.
Türkiyə Milli Futbol Komandası 385 milyon avroluq dəyəri ilə siyahıda 16-cı pillədə qərarlaşıb.