AZ

Zaxarova hiddətləndi: Rüsvayçılıqdır, bu nasistin nəvəsi...

BAKI, 9 sentyabr. TELEQRAF

“Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokun BMT Baş Assambleyasına sədrlik etməsi rüsvayçılıqdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu gün Annalena Berbok BMT Baş Assambleyasının sədri vəzifəsinin icrasına başlayır. Odioz fiqur... Onu təkcə bəzi “neoliberal prinsiplər arxasında gizlənən keçmiş xarici işlər naziri” adlandırmaq olmaz”, - diplomat qeyd edib.

Zaxarova Berboku “nasistin nəvəsi” adlandırıb:

“Almanlar ya babaları və ya ulu babalarının etdiklərinə görə peşman olurlar, ya da onun kimi fəxr edirlər. Özü jurnalistlərə guya qəhrəman babasının Kalininqradda necə döyüşdüyü barədə danışmışdı, amma onun Üçüncü Reyxin (Hitler) tərəfində olduğu məlumdur. Rüsvayçılıqdır”.

Seçilən
44
teleqraf.com

1Mənbələr