AZ

İrəvanda üçtərəfli görüş keçiriləcək

ain.az, Unikal.az saytına istinadən bildirir.

2025-ci ildə İrəvanda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi və Çabahar limanının inkişafı ilə bağlı Ermənistan, İran və Hindistan Xarici İşlər nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 8-də İran, Hindistan və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçüncü məsləhətləşmələr görüşü baş tutub.

Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, Ermənistanın dördtərəfli sülh təşəbbüsü, bu baxımdan “Çabahar” limanının strateji yerləşməsindən istifadə məsələsi üzrə xüsusilə nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
unikal.az

1Mənbələr