AZ

“Zirə”nin futbolçusu Azərbaycan millisində oynamaq İSTƏMİR

Bizim media saytına istinadən ain.az xəbər verir.

“Zirə”nin ukraynalı futbolçusu Eldar Quliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Ukrayna oyunu barədə danışıb.Bizim.Media xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi həmyerlilərini cütün favoriti adlandırıb. Quliyev yığmamızın şansının çox az olduğunu düşünür:“Ev oyunlarında, hətta müdafiədən oynasa belə, rəqibin kimliyindən asılı olmayaraq, Azərbaycanın hər zaman imkanları olur. Amma Ukrayna millisinin futbolçuları hər şeyi düzgün etsələr, qonaqların ciddi problemi olmamalıdır. Hesabın necə olacağını bilmirəm, amma səviyyə baxımından Ukrayna millisi üstündür. Əgər meydan sahibləri müsbət nəticə əldə etsələr, bu, böyük sensasiya kimi görünəcək”.“Zirə”nin orta sahə oyunçusu Fernandu Santuşun istefaya göndərilməsinin millimizə ciddi təsir edəcəyinə inanmır:“Santuşun gedişi meydan sahiblərinə daha yaxşı çıxış etməyə kömək etməyəcək. Ancaq müəyyən qədər komanda emosional enerji ala bilər, bundan artıq yox. Bu qədər qısa müddətdə yeni məşqçinin köklü dəyişiklik etməsi mümkün deyil”.Azərbaycan millisindən tez-tez təklif aldığını etiraf edən Quliyev arzusunun Ukrayna yığmasında oynamaq olduğunu deyib:“Mən həmişə doğulduğum ölkə üçün oynamaq istəmişəm. İndi Azərbaycanda çıxış etdiyimdən, tez-tez vətəndaşlığı dəyişməyi təklif edirlər. Amma imtina edirəm. Hərçənd başa düşürəm ki, hələ Ukrayna yığmasında ehtiyac duyulmaq üçün çox işləməliyəm”.Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Ukrayna oyunu saat 20:00-da başlayacaq.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
bizim.media

4Mənbələr