Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Afrikanın bir sıra ölkələrində yüksək ölüm göstəricisi və sürətli inkişafı ilə seçilən yeni virus aşkar ediblər.Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.Bildirilib ki, ilk yoluxma halları Konqo Demokratik Respublikasında qeydə alınıb. Xəstəlik ilk olaraq üç azyaşlıda aşkar edilib. Onlar yarasa əti yedikdən sonra virusa yoluxublar.İlkin məlumata görə, indiyədək azı 50 nəfər əvvəllər məlum olmayan virusun qurbanı olub.Mütəxəssislər vurğulayır ki, xəstəlik sürətli gedişata və yüksək letallığa malikdir. Simptomlar arasında qusma və daxili qanaxma xüsusilə diqqət çəkir.Xatırladaq ki, bir neçə il əvvəl pandemiyaya çevrilmiş COVİD-19 virusu da yarasalardan insanlara keçmişdi.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.