Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“P.Diddy” təxəllüsü ilə tanınan amerikalı musiqiçi və prodüser Şon Kombsun məhkəməsində reper Tupak Şakurun və “Death Row Records!” səsyazma şirkətinin yaradıcısı Suqe Naytın qətlini sifariş etdiyi iddia olunub.
Kulis.az xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Qatil olduğu iddia edilən “Crips” cinayətkar dəstəsinin keçmiş üzvü Dueyn Devis bunu ifadəsində bildirib.
Qeyd edək ki, əfsanəvi sənətçi Tupak 1996-cı ildə Amerikanın Şərq və Qərb sahillərindən olan hip-hop sənətçiləri arasında baş verən münaqişə zamanı öldürülüb.
Türk ədəbiyyatının hüznlü şairi - Turqut Uyar hərbçilikdən niyə uzaqlaşmışdı?
İtaliyada ilk monumental teatrın memarı
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.