AZ

Səudiyyə şahzadəsi və Maduro ilə gizli kontaktlar — Conson qalmaqalı

Səudiyyə

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson istefadan sonra şəxsi qazanc əldə etmək məqsədilə siyasi əlaqələrindən yararlanıb. Bu barədə The Guardian qəzeti, Amerikanın qeyri-kommersiya təşkilatı Distributed Denial of Secrets (DDoSecrets)-in əldə etdiyi məlumatlara istinadən xəbər yayıb.Məlumata görə, təşkilat 2022–2024-cü illəri əhatə edən elektron məktublar, çeklər, çıxışlar və əlaqə siyahılarına çıxış əldə edib. Onların əsasında qəzet yazır ki, Consonun fəaliyyəti etik normalara və lobbiçilik qaydalarına zidd ola bilər.Nəşrin iddiasına görə, Conson Səudiyyə Ərəbistanındakı məmur tanışı vasitəsilə vəliəhd şahzadə Məhəmməd bin Salman ilə əlaqə qurmağa çalışıb və ona konsaltinq şirkətinin xidmətlərini təklif edib. Bundan əlavə, o, Venesuela prezidenti Nikolás Maduro ilə görüşdən sonra hedc-fondu Merlyn Advisors-dan 200 min funt sterlinqdən (təxminən 22,4 milyon rubl) çox vəsait alıb. Halbuki, əvvəlcə bu görüş üçün heç bir ödəniş qəbul etmədiyini bildirmişdi.Qeyd olunur ki, Conson baş nazir olduğu dövrdə amerikalı iş adamı və Palantir şirkətinin qurucusu Piter Til ilə qapalı görüş keçirib. Bir neçə ay sonra Palantir İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) üçün məlumatların təhlili üzrə iri müqavilə qazanıb.Ulusum.az

Diqqət Çəkənlər

Çəkidə sabitlik — yaşlılıqda daha güclü yaddaşın açarı

İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Apple 9 sentyabrda yeni iPhone-ları təqdim edəcək — satış tarixi də açıqlandı

Seçilən
21
ulusum.az

1Mənbələr