Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində xəyanəti üzə çıxan keçmiş “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayron həyat yoldaşı Meqan Kerriqan ilə boşanma ərəfəsindədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Bildirilib ki, Kerriqan artıq məhkəməyə müraciət edib.
Bir müddət əvvəl mətbuatda yazılırdı ki, əgər Meqan boşanmaq istəsə, Endi ona 80 milyon dollar təzminat ödəməli olacaq.
Xatırladaq ki, sözügedən hadisə bu ilin iyul ayında olub. Belə ki, konsertdə operator təsadüfən şirkət rəhbərinin xəyanətini üzə çıxarmışdı. Onun “Astronomer”in HR müdiri Kristin Kebotla ekranda qucaqlaşması dünya mediasında rezonansa səbəb olmuşdu. Məhz bu hadisədən sonra şirkət hər iki şəxsi vəzifəsindən uzaqlaşdırmışdı.
Qeyd edək ki, Endi Bayron və Meqan Kerriqan cütlüyünün iki övladı var.
Xəyanətdə adı keçən K. Kebotun da evli olduğu bildirilir.
"Cebheinfo.az"