ain.az, Turkstan.az portalına istinadən məlumat verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı açıqlama verib.
Turkustan.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bildirib:"Biz heç vaxt küçələrimizdə iğtişaşlara və ya millətimizin əmin-amanlığının pozulmasına icazə verməyəcəyik, xüsusən də İstanbuldakı bacı-qardaşlarımın. Ana müxalifətin köhnə və yeni üzvləri arasında şiddətli hakimiyyət mübarizəsinin ölkənin nailiyyətlərinə xələl gətirməsinə imkan verməyəcəyik".Qeyd edək ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şöbəsi rəhbərliyinin, o cümlədən sədr Özgür Çelikin vəzifəsindən uzaqlaşdırılması və nəzarətin Gürsel Tekinin rəhbərlik etdiyi müvəqqəti şuraya verilməsindən sonra İstanbulda etiraz aksiyası keçirilib.
Bundan əvvəl 2023-cü ildə qurultay və səsvermə zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılıb. /modern.az/
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.