TBİLİSİ, 9 sentyabr. TELEQRAF
Gürcüstanda keçiriləcək yerli seçkilərdə 12 siyasi partiya iştirak edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
MSK-nın qeydiyyata aldığı 14 partiyadan ikisinin qeydiyyatı ləğv olunub. Buna səbəb onların majoritar deputatlar və mer vəzifələrinə namizədlərini təqdim etməməsidir.
Xatırladaq ki, qonşu ölkədə yerli seçkilər oktyabrın 4-də keçiriləcək.
Seçicilər Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər. Gürcüstan MSK səsvermənin təşkili üçün artıq 3 051 seçki məntəqəsi açıb.