AZ

AFFA nın Ayxan Abbasov planı: Onunla yola davam ediləcək?

Idmanxeber.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasovun çıxaracağından xəbərdarsınız. Təcrübəli mütəxəssisin təyinatı bugünkü matç üçün nəzərdə tutulsa da, qərar dəyişə bilər.

Belə ki, AFFA rəhbərliyi yığmanı seçmə mərhələnin sonuna qədər Abbasova tapşırmağı düşünür. Bu barədə artıq fikir mübadiləsi aparılıb.

İndiki məqamda yeni baş məşqçi təyinatının uyğun olmadığını düşünən rəhbərlik DÇ-2026 seçmə mərhələni A.Abbasovla tamamlamağı nəzərdən keçirir. Ancaq bu, hələ yekun qərar deyil.

Xatırladaq ki, “Şamaxı”nın çalışdırıcısı eyni zamanda U-21 millimizin də baş məşqçisidir.

İdmanxeber.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
idmanxeber.az

2Mənbələr