Rusiyanın "Ximki" klubu büdcəyə olan borc səbəbindən müflis elan olunub.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti Arbitraj Məhkəməsi qərar çıxarıb.
Klubun büdcəyə 448 milyon rubldan çox borcu olduğu bildirilib.
Qeyd edək ki, "Ximki" 2024/2025 mövsümündə Rusiya Premyer Liqasında 12-ci yeri tutub. Lakin 2025/2026 mövsümündə iştirak üçün lisenziya ala bilməyib. İyunun 18-də klub fəaliyyətini dayandırdığını elan edib və bir müddət sonra peşəkar statusunu itirməsi səbəbindən yarışlardan uzaqlaşdırılıb.
"Cebheinfo.az"