AZ

Suveyda druz ağsaqqalları Şaaranı dəstəkləyir

BAKI, 9 sentyabr. TELEQRAF

İsraildəki druzların lideri Şeyx Muvaffaq Tarif Suveyda da toqquşmalardan sonra Suriyanın cənubundakı druz icmalarını qorumaq üçün siyasi nizamlanmaya çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Ashaq Al Awsat" nəşri məlumat yayıb.

Mənbələr bildiriblər ki, Suveydadakı druz ağsaqqalları əsasən Suriya dövləti ilə həmfikirdirlər və Şeyx Hikmət əl-Hicri tərəfindən irəli sürülən separatçı təşəbbüslərə qarşıdırlar.

Onlar İsraildəki druz liderlərindən bu mövqeyə hörmət etmələrini və separatçı hərəkatlarından çəkinməklə yanaşı, Dəməşqlə anlaşmaya kömək etmələrini xahiş ediblər.

Seçilən
32
teleqraf.com

1Mənbələr