Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan İran xarici işlər nazirinin müavini Vahid Calalzadə ilə görüşüb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Ruben Rubinyan və Vahid Calalzadə Ermənistan-Türkiyə danışıqlar prosesini müzakirə ediblər.
Ermənistan parlamentindəki görüşdə bölgədəki son hadisələrə də toxunulub.
Rubinyan bildirib ki, İranla münasibətlər qarşılıqlı hörmətə əsaslanır və Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.
"Cebheinfo.az"