AZ

Abşeronda restorandan OĞURLUQ: Yeməyə gəlib pul apardı

Abşeron rayonunda restoranların birindən oğurluq olub.

Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, obyektin sahibi ərazi üzrə polis orqanına məlumat verərək restoranın kassasından 3300 manatın oğurlanmasını bildirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Ə.Qıcılov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
33
1
bizim.media

2Mənbələr