AZ

AMB və "Visa" arasında gələcək əməkdaşlıq imkanları dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və "Visa" arasında gələcəkəməkdaşlıq imkanları, maliyyə texnologiyaları ekosisteminin inkişafperspektivləri müzakirə olunub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov "Visa" şirkətininMərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə regionalprezidenti Tariq Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbuledib.

Görüş zamanı son illərdə ölkənin maliyyə sektorunda həyatakeçirilən genişmiqyaslı fəaliyyət, rəqabətqabiliyyətli və innovativödəniş infrastrukturunun formalaşdırılması, nağdsız ödənişlərintəşviqi, eləcə də rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsiistiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə ətraflıfikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübənin və müasiryanaşmalarının öyrənilməsi və tətbiqi baxımından Visa kimitəcrübəli şirkətlərlə əməkdaşlığın önəmi vurğulanıb.

Görüşdə həmçinin Mərkəzi Bank və "Visa" arasında gələcəkəməkdaşlıq imkanları, maliyyə texnologiyaları ekosisteminin inkişafperspektivləri müzakirə olunub.

Seçilən
45
2
az.trend.az

9Mənbələr