AZ

Daxili qoşunlar komandanı nazir müavini olmayacaq – YENİ QANUN

Daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olmasına dair müddəa qanunvericilikdən çıxarılır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qüvvədə olan “Daxili qoşunların statusu haqqında” qanuna əsasən, daxili qoşunların komandanının daxili qoşunların bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla yanaşı, həmçinin daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Daxili qoşunlar haqqında” yeni qanun layihəsində daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olması ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Daxili qoşunlar haqqında” yeni qanun qüvvəyə mindiyi gündən “Daxili qoşunların statusu haqqında” qanun ləğv ediləcək.

Xatırladaq ki, hazırda general-leytenant  Şahin Məmmədov daxili işlər nazirinin müavini – Daxili Qоşunların Kоmandanıdır.

 

Seçilən
27
13
heftelik.az

10Mənbələr