AZ

Ben Yedder Türkiyə klubuna transfer olundu

Fransalı hücumçu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək.

idmanxeber.az xəbər verir ki, 35 yaşlı forvard Birinci Liqa təmsilçisi “Sakaryaspor”la müqavilə imzalayıb. Klubun mətbuat xidməti transferi rəsmi olaraq açıqlayıb.

Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Ben Yedderin son komandası İranın “Sepahan” klubu olub. Təcrübəli futbolçu Fransa millisinin heyətində 19 oyuna çıxıb.

 

Seçilən
15
1
idmanxeber.az

2Mənbələr