Nepaldakı etirazlarda həlak olanların sayı 22 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.
Bununla yanaşı, ölkənin keçmiş Baş naziri Şer Bahadur Deuba və onun həyat yoldaşı, hazırkı xarici işlər naziri Arzu Rana Deuba aksiya zamanı hücuma məruz qalıb.
Belə ki, onlar etirazçılar tərəfindən döyülüb. Eyni zamanda, XİN rəhbərinə məxsus özəl məktəb də yandırılıb.