AZ

Orta Dəhliz nəqliyyat istiqamətlərinin mürəkkəb və şaxələndirilmiş şəbəkəsidir - Natiq Baxışov

Bakı. Trend:

Bu gün Orta Dəhliz mürəkkəb və şaxələndirilmiş marşrutlar,istehsal obyektləri şəbəkəsidir.

Trend xəbər verirki, bunu Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoruNatiq Baxışov Amerika biznes nümayəndə heyətinin Bakı səfərininyekunlarına dair keçirilmiş brifinqdə söyləyib.

“Bu, artıq sadəcə tranzit marşrutu deyil. Bu, daha mürəkkəb,daha geniş anlayışdır. Hətta “dəhliz” termininin özü belə birmarşrutun ümumi əhəmiyyətini kiçildə bilər. Lakin o, “Orta Dəhliz”kimi tanınır. Bu gün o, daha mürəkkəb və çoxşaxəli boru kəmərləri,istehsal obyektləri şəbəkəsi, gələcəkdə isə fiber-optikkabellərdir. Hər gün dəhlizin bütün sahələrində hakimiyyətorqanları proseslərin harmonizasiyası üçün əllərindən gələniedirlər”, - deyə Baxışov bildirib.

O qeyd edib ki, on il əvvəlki vəziyyətlə müqayisədə, bu güntamamilə fərqli bir region formalaşıb, beynəlxalq şirkətlərə, ocümlədən, Amerika şirkətlərinə ən müasir obyektlər və xidmətlərtəqdim edir.

“Və biz artan marağı görürük, ələlxüsus da Amerika şirkətləritərəfindən bu bazara çıxışa. Əlbəttə, bu, çoxprofilli, çoxölkəliregiondur. Eyni anda bütün ölkələrlə işləmək asan deyil. Ammahökumət nümayəndələri ilə söhbətlərimizdən əldə etdiyimiztəəssürata görə, onlar önəmi anlayırlar, bütün bu ölkələrproseslərin və prosedurların harmonizasiyasının şirkətlərinxeyrinə, onların bazara asanlıqla çıxması və orada möhkəmlənməsiüçün vacibliyini dərk edirlər”, - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
18
50
az.trend.az

10Mənbələr