AZ

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin tenderi baş tutmadı

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin 25 stansiyasında boşaldıcı, parafür avtomatı, əlaqəli malların təchizatı və quraşdırılması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərar Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.

 

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Satınalmanın dəyəri 130 800 AZN olub.

 

Cabir

Tarix: 9 Sentyabr 2025, 15:39   
Seçilən
77
pravda.az

1Mənbələr