AZ

Özbəkistan 12 illik təhsil sisteminə keçir

BAKI, 9 sentyabr. TELEQRAF

Özbəkistanda 12 illik ümumi təhsil sisteminə keçid üçün hazırlıqlara başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sardor Rəcəbov bildirib.

Onun sözlərinə görə, proses hazırlıq qruplarının tədricən məktəb strukturuna inteqrasiyasını və milli sistemin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

“Vəzifə bu mərhələni məktəb sisteminə daxil etmək və 12 illik təhsilə keçməkdir”, - Rəcəbov bildirib.

O qeyd edib ki, bu qərarın təhsilin keyfiyyətinin yüksəldilməsi və abituriyentlərin xarici universitetlərə daxil olması üçün maneələrin aradan qaldırılması gözlənilir.

Seçilən
60
teleqraf.com

1Mənbələr