AZ

Ermənistan, İran, Hindistan XİN nümayəndələri görüşəcək

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ilin sonunadək İrəvanda “Şimal-Cənub” beynəlxalq dəhlizinin həyata keçirilməsi və “Çabahar” limanının inkişafı üzrə Ermənistan, İran və Hindistan Xarici İşlər nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək.Modern.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, İran, Hindistan və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçüncü məsləhətləşmələr görüşü sentyabrın 8-də baş tutub.

Tərəflər xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, “Şimal-Cənub” dəhlizindən, Ermənistanın dördtərəfli sülh təşəbbüsü və bu baxımdan “Çabahar” limanının strateji yerləşməsindən istifadənin vacibliyini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
1
modern.az

2Mənbələr