AZ

“Sələflər və xələflər” respublika elmi konfransının materiallarının elektron versiyası yayımlanıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransının materialları elektron versiyada geniş ictimaiyyətin istifadəsinə verilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib.

Xatırladaq ki, sözügedən konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, həmçinin Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli iştirak ediblər.

Konfransa məqalələr 8 bölmə üzrə qəbul olunub: “Azərbaycan dilçiliyi”, “Dil və üslub məsələləri”, “Ədəbi dil məsələləri”, “Türkologiyanın aktual problemləri”, “Terminologiya və onomastika məsələləri”, “Nəzəri və tətbiqi dilçilik”, “Müqayisəli-tipoloji dilçilik” və “Hind-Avropa dilləri”.

Seçilən
4
2
tehsil.biz

4Mənbələr