AZ

Kataliz və Qeyri üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 3 nömrəli Nanoelektrokimya və elektrokataliz laboratoriyasının əməkdaşları Sevinc Cavadova və Vüsalə Məcidzadə Türkiyənin İzmit şəhərində keçirilən “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə IX beynəlxalq simpozium”da (MESC- IS 2025) iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumda hidrogen enerjisinin saxlanması və çevrilməsi üçün materiallar sahəsində Almaniya, İsveçrə, Meksika, Özbəkistan, Rumıniya, İran, Qazaxıstan və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.

Xatırladaq ki, simpozium 2015-ci ildən keçirilməyə başlanıb. İndiyə qədər Türkiyənin müxtəlif bölgələrindən başqa, simpozium Serbiya, Xorvatiya və Azərbaycanda keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
azertag.az

1Mənbələr