AZ

“Tottenhem”dən ayrılan baş məşqçi Premyer Liqa klubunda işləyəcək

Bakı, 9 sentyabr, AZƏRTAC

Ötən mövsümün sonunda İngiltərənin “Tottenhem” klubundan ayrılan baş məşqçi Ange Postekoqlunun yeni komandası bəlli olub.

AZƏRTAC xəbər verir ki, yunan əsilli avstraliyalı mütəxəssis Premyer Liqanın digər təmsilçisi “Nottingem Forest”də işləyəcək. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

“Nottingem Forest”i son olaraq portuqaliyalı Nunu Espiritu Santu çalışdırıb.

Seçilən
31
2
azertag.az

5Mənbələr