AZ

Polşada təyyarə qəzası: Ölənlər var

Polşanın Sileziya voyevodalığının Jivets bölgəsinin Lipova kəndində təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb.

"Səhər saat 9:36-da təyyarənin qəzaya uğraması ilə bağlı xəbər aldıq. İki nəfər yerindəcə həlak olub. Eniş zamanı təyyarədə səbəbini bilmədiyimiz nasazlıq yaranıb və qəza baş verib", - deyə məlumatda bildirilir.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğını söndürüblər. Təyyarədə iki nəfərin cəsədi çıxarılıb.

Seçilən
40
1
avtosfer.az

2Mənbələr