AZ

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edildi

Hesablama Palatası 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi"nin maliyyə vəsaitlərinin istifadəsi audit olunub və bir sıra ciddi nöqsanlar aşkarlayıb.

Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının bülletenində əks olunub.

Audit nəticələrinə görə, 2023-cü il üçün təsdiq edilmiş smetaya qarşı yalnız 43,32 % həcmində faktiki xərc icra olunub, 2024-cü ildə isə faktiki icra 71,2 % təşkil edib. Hər iki il üçün smeta proqnozları əvvəlki ilin icrasından çox yüksək hesablanıb.

Agentlik balansındakı 2 sərnişin avtobusu metal qəbulu məntəqəsinə verilmiş, lakin 2025-ci il fevralın 26-dək vəsait Agentliyin hesabına daxil olmayıb. Audit zamanı müəyyən edilib ki, 2 220 manat vəsait yayındırılıb, onlardan 602 manat bərpa edilib.

Şəhərlərarası 580 avtobus biletinin dəyəri 3 828 manat olmaqla audit prosesində tam şəkildə Agentliyin hesabına qaytarılıb. Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı kassa sənədləşdirilməsi aparılmayıb: 2023-cü ildə 593 436 manat, 2024-cü ildə isə 919 950 manat pul vəsaiti qeyri-rəsmi qaydada paylanıb, yalnız 22 %-i rəsmi yolla mədaxil olunub.

Tam sökülmüş taksi nəqliyyat vasitəsinin dəmir konstruksiyasının satışı nəticəsində 160 manat Agentliyin hesabına daxil olub.

Auditin nəticələrinə görə, qanunvericiliyin qüvvədən düşməsinə baxmayaraq, 2024-cü ilin son iki ayında əməkhaqqı və əlavələr üçün hüquqi akt olmadan 48 min 625,81 manat xərc edilib.

Müxtəlif müqavilələr əsasında ödənilmiş 4 300 manatlıq xidmətlərin heç biri icra olunmamış, təqdim edilmiş sənədlərdə qeyri-peşəkar yanaşmalar aşkar edilib.

Büdcədən 203 min 701,63 manat əməkhaqqı və mükafat xərcləri ödənilib, lakin qanunvericiliyə uyğun olmayıb.

Seçilən
4
6
publika.az

7Mənbələr