AZ

Nepalda iğtişaşlar: 1500-dən çox məhbus həbsxanadan qaçıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nepalda baş verən iğtişaşlar fonunda ölkənin Lalitpur şəhərindəki Nakhu həbsxanasından ən azı 1 500 məhbus qaçıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli "Khabarhub" nəşri məlumat verib.
"Rastriya Svatantra Partiyasının sədri Rabi Lamiçhane azad edildikdən sonra Lalitpurdakı Nakhu həbsxanasının bütün məhbusları müəssisəni tərk ediblər", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Nepalda iğtişaşlar zamanı həbsxanada ən azı 1 500 nəfər saxlanılırdı. Nəşrin məlumatına görə, polis öz postlarını tərk etdiyi üçün məhbuslar qaçmağa müvəffəq olublar.
"Məhkumların kütləvi şəkildə azadlığa buraxılması ictimai təhlükəsizliyə potensial təhlükə yaratdığı üçün hakimiyyət vəziyyəti izləyir", - deyə nəşr yazıb.
Seçilən
69
oxu.az

1Mənbələr