AZ

Uşaqlarına baxmayan ana aliment alır – Atadan İDDİAVİDEO

Həyat yoldaşından boşandıqdan sonra 2 övladını öz himayəsində saxlasa da, qadın ondan aliment tələb edir.

Belə bir iddia ilə "Xəzər xəbər"ə Naftalan sakini Elxan Babayev müraciət edib.

Dediyinə görə, həyat yoldaşı Rufanə Babayevadan 2024-cü ilin noyabrında rəsmən boşandıqdan sonra iki qız övladı 2025-ci ilin iyun ayına qədər onun himayəsində qalıb. Elxan Babayev övladlarının təhsil alması üçün məktəbə yazdırıb. İddiasına görə, bu ilin iyununda ana qızlarını ad gününə aparıb yenidən atasına qaytaracağını bildirsə də, vədinə sadiq olmayıb. Uşaqaları özündə saxlayaraq qarşı tərəfdən aliment tələb edib. 

Şikayətçinin anası da keçmiş gəlinin onlardan əlavə pul tələb etdiyini iddia edir. Dediyinə görə, keçmiş gəlini uşaqlarını onların himayəsinə verib və aliment istəməyəcəyini bildirib, ancaq sonradan dediklərinin əksi olub.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Naftalan şəhər məhkəməsinin 14 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Babayev Elxan Rafiq oğlundan hər ay iki övladının saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qərara alınıb. İcra sənədi həmin il icraata qəbul edilib, tərəflərə bildiriş göndərilib. Araşdırma zamanı borclunun "DOST iş Mərkəzi" MMC-də işlədiyi müəyyən edilib və 23 iyul 2025-ci il tarixdə icra sənədi onun əməkhaqqına yönəldilib. Sentyabrın 2-də isə onun "Elektron icra" informasiya sistemində çıxan pensiya hesabına inkasso sərəncamı tətbiq olunub. Hazırda Elxan Babayevin cəmi 640 manat aliment borcu mövcuddur. Borcun ödənilməsi ilə bağlı icra tədbirləri davam etdirilir",- deyə nazirlikdən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
27
xezerxeber.az

1Mənbələr