AZ

“Barselona” – “Valensiya” matçı bu stadionda keçiriləcək

“Barselona” La Liqanın 4-cü turu çərçivəsində “Valensiya” ilə qarşılaşmanı 6 min tamaşaçı tutumu olan “Johan Kroyff” stadionunda keçirəcək.  klubun rəsmi saytı xəbər verib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Barselona” yaxın həftələrdə “Kamp Nou” stadionunu açmaq üçün zəruri inzibati icazələrin alınması üzərində fəal işləyir. Bu səbəbdən qarşılaşma müvəqqəti olaraq “Johan Kroyff”də keçiriləcək. Klub oyun təşkilatı və biletlərin satışı barədə ətraflı məlumatı yaxın günlərdə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, oyun 14 sentyabr tarixində baş tutacaq,

Xatırladaq ki, “Kamp Nou”dakı təmir işləri tamamlanmadığı üçün “Barselona” uzun müddət oyunun keçirilmə yerini müəyyən edə bilməyib. La Liqa isə istisna olaraq kluba “Valensiya” ilə matçı 6 min tamaşaçı tutumlu arenada keçirməyə icazə verib.

Seçilən
82
90deqiqe.az

1Mənbələr