İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksəksəviyyəli liderlərinə hava zərbələri endirməzdən əvvəl ABŞ-ı məlumatlandırıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ mediası Ağ Evdəki mənbəyə istinadən yazır.
Qeyd edək ki, ABŞ-ın Dohadakı səfirliyi də obyektləri üçün özünüizolyasiya rejiminə keçib. ABŞ vətəndaşlarına da eyni rejimə keçmək və səfirliyin sosial mediasını izləmək tövsiyə olunub.