AZ

“Belə meydandanda oynamaq çox çətindir” – Sergey Rebrov

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci matçına çıxıb. Msport.az xəbər verir ki, D qrupunda yer alan millimiz Ukrayna ilə 1:1 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, oyundan sonra Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov jurnalsitlərin suallarını cavablandırıb:

– Sizcə nəyə görə xal itirdiniz?

– Mən sizə demişdim ki, heç bir komandanı aşağı qiymətləndirə bilmərik. Bu gün meydança hazır da deyildi. Son 10 dəqiqədə cərimə meydançasında hücumlar etdik. Biz epizodları vura bilmədik. Oyunda diqtə edən tərəf biz idik.

– Azərbaycan millisi sizi nə ilə təəccübləndirdi?

– Problem Azərbaycan millisində deyildi, bizdə idi. Azərbaycan millisi əks-hücumlarda yaxşı oynayırdı. Belə meydanda oynamaq çox çətindir.

– Birinci oyun deyil ki, milli problem yaşayır…

– Ukraynalı fanatlarından üzr istəyirəm. Biz 1:0 udsaydıq, istənilən halda neqativ oyun olacaqdı. Zədələnən oyunçularımız var. Ukrayna müharibə vəziyyətindədir. Bir-birimizə dəstək olmalıyıq. Heç kim neqativ sözlər səsləndirməməlidir.

– Ukrayna klubları Çempionlar Liqasında iştirak etməyəcək. Amma “Qarabağ” ÇL-də iştirak edir…

– Deməzdim ki, Ukrayna millisi Azərbaycandan daha pis oynayır. Azərbaycan millisində “Qarabağ”da ÇL oynayır. Problem ondadır ki, hücumda çox pis oynadıq.

– Stadionda Ukrayna bayraqları var idi. Bu atmosfer haqda nə deyərdiniz?

– Bəli, çox bayraq var idi. Minnətdarıq. (sportal.az)

Seçilən
11
4
msport.az

5Mənbələr