AZ

Paytaxtda silahlı atışma olub, ölən var

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Ermənistanın paytaxtı İrəvanda atışma nəticəsində bir nəfər həlak olub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İlkin məlumata görə, iki nəfər ayağında elektron qolbaq daşıyan şəxsin olduğu mənzilə girməyə cəhd edib. Mənzildə olan kişi tapançadan atəş açaraq onlardan birini yaralayıb.

Yaralı xəstəxanaya aparılarkən ölüb. Polis atəş açan şəxsi zərərsizləşdirib, mənzilə girməyə çalışan ikinci şəxsin taleyi barədə məlumat verilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
4
avtosfer.az

5Mənbələr