ain.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyada mal ətinə ən çox tələbat olan ikinci ölkə mövqeyindəki Çində iqtisadi zəifləmə ailə gəlirlərini də azaltdığı üçün qırmızı ətə tələbat azalıb.
Banco.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Xarici Kənd Təsərrüfatı Xidmətinin (FAS) hesabatına görə, ölkənin bu ilki mal əti istehlakı ötən illə müqayisədə 3 faiz azalaraq 11,17 milyon ton səviyyəsində olacaq. Hesabata əsasən, ardıcıl ikinci dəfə azalma müşahidə olunacaq və qırmızı ət istehlakının 2026-cı ildə 11,04 milyon tona enəcəyi gözlənilir.
ABŞ-dan sonra dünya sıralamasında ikinci yerdə olan Çin uzun illər artan orta təbəqə sayəsində qlobal mal əti tələbinin lokomotivi olub. Lakin son dövrlərdəki iqtisadi zəifləmə və ailə gəlirlərinin azalması istehlakçıların xüsusilə yüksək qiymətli zülallara marağını azaldır.
Hesabatda vurğulanıb ki, Çinin yüksək keyfiyyətli zülal tələbindəki zəifləmə qlobal ət ticarəti balansı baxımından da əhəmiyyətli nəticələr doğura bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.