AZ

Gəncədə 3 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

Gəncədə 7-ci mərtəbədən yıxılan azyaşlı ölüb.

Operativ Media xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. 2022-ci il təvəllüdlü M.Məmmədov prospektdə yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən  yıxılıb.

Dərhal azyaşlı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
46
operativmedia.az

1Mənbələr