Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Tağıyeva Əsmər Baxşəli qızı vəfat edib.
Milli.Az xəbər verir ki, 1989-cu il təvəllüflü Əsmər Tağıyeva Əsmər Şahbuz rayonunda anadan olub. 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirib. Həmin ildən adı çəkilən məktəbdə fəəliyyətə başlamışdı.
Məlumata görə, iki uşaq anası olan Əsmər Tağıyeva bu ilin mart ayında avtomobiı qəzasına düşmüşdü. 6 aya yaxın komada olan Ə.Tağıyeva dünyasını dəyişib. (Musavat.com)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)