“İsrailin hücumu Netanyahu hökumətinin niyyətini üzə çıxarıb”.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin HAMAS nümayəndə heyətinə hücumuna münasibət bildirərkən deyib.
Ərdoğan bildirib ki, bu hücum Netanyahu hökumətinin münaqişə və qeyri-sabitliyi dərinləşdirmə niyyətində olduğunu göstərib.
“Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, qardaş Qətərin təhlükəsizliyini və rifahını hədəf almışdır. Hücumu lənətləyirəm.”, – Ərdoğan əlavə edib.