AZ

Şirkətlərin oduna sürücü yandı İran vətəndaşı 5 aydır ölkəsinə qayıda bilmir

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nəsir Purəziz adlı İran vətəndaşı Azərbaycanda ciddi problemlə qarşılaşıb. 

Avtosfer.az xəbər verir ki, sözügedən şəxsin “Yeni Sabah” redaksiyasına ünvanladığı müraciətə görə, o, 16 aprel 2025-ci il tarixində 71 A 592 91 dövlət nişanlı (49AA433/434 tranzit) maşının sürücüsü kimi, İranın Bəndər Abbas limanı Beynəlxalq Yük Daşıma Şirkətinə məxsus yükləri 18 aprel 2025-ci il tarixində Astara sərhəd terminalı vasitəsilə Bakıya gətirib. 

Lakin Nəsir Purəzizin dediyinə görə, yükü göndərən şirkətlə, yükü təhvil alacaq “Mikroqrup” şirkətinin direktoru Səfa Sadıqov arasında olan maliyyə mübahisəsinə görə, Astara gömrüyündə gömrük sənədləri olmadığı üçün qanunsuz saxlanılıb və bir aya yaxın gecikib. Bir aydan sonra isə yükü təhvil alacaq Mikroqrup şirkətə tam sağlam və olduğu kimi çatdırdıb.

Nəsir Purəziz iddia edir ki, təxminən 5 aydır Səfa Sadıqov rəhbəri olduğu Mikroqrup şirkəti müxtəlif bəhanələrlə o cümlədən İranda Səhər Beynəlxalq Yük Daşıma Şirkəti ilə arasında olan maliyyə mübahisəsinə görə, malları təhvil almaq və rəsmiləşdirməkdən imtina edib. Nəsir Purəziz problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.

Məsələ ilə bağlı Mikroqrup şirkətinin direktoru Səfa Sadıqov iddialara cavab verib. O bildirib ki, Nəsir Purəzizə 500, 1500 və 500 dollar olmaqla, 3 dəfə ödəniş edib:

“Beynəlxalq Yükdaşıma Şirkətinin rəhbəri Məhəmməd Camalzadə bizdən 50 min dollara yaxın artıq pul alıb. Həmin adamın özü də bunu bilir. İran şirkətinin rəsmi ünvanına məktublar yazmışıq ki, bizim konteynerlərimizin hesabatını göndər. Bizə yükləri göndərən adam heç telefonlara da cavab vermir. Bu məsələ ilə bağlı biz İran dövlətinə də rəsmi şikayət məktubu göndərmişik. Mən özüm şəxsən 2 dəfə İran konsulluğu ilə əlaqə saxlamışam. Məhəmməd Camalzadə dələduzun biridir. Bizim konteynerlərin üzərində 4 min dollar artıq vəsait yazıb. Biz soruşanda da deyib ki, dövlət aldı məndən. Deyirik ki, çekləri ver. O da çekləri verə bilmədi, telefonu söndürdü və yoxa çıxdı. Amma bu məsələ həllini tapacaq. Mən həmin sürücüyə daha əvvəl 500 və 1500 dollar vermişəm. 500 dollar da bu gün göndərdim. Hamısının qəbzləri də qalır”.

Məsələyə dair Beynəlxalq Yükdaşıma Şirkətinin rəhbəri Məhəmməd Camalzadə ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
avtosfer.az

2Mənbələr