AZ

Gürcüstanın millisinin keçmiş basketbolçusu etiraz aksiyasına qoşulub

Gürcüstan millisinin keçmiş basketbolçusu Giorgi Tsintsadze Kaladzenin seçki qərargahı yaxınlığında keçirilən etiraz aksiyasına gəlib.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, aksiyaya qoşulan idmançı "TV Pirveli"yə müsahibə verib.

“Dünən baş verənlər tamamilə qəbuledilməzdir, bu, cəzasızlıq sindromudur.

Polisdən bir metr aralıda cinayət baş verəndə və buna heç bir reaksiya verilməyəndə bizim ölkədə baş verənlərə ayıb və biabırçılıqdır.

Bu həm ayıb, həm də təhlükəlidir.

Söhbət kimin kimin tərəfdarı olmasından getmir, hər şey təhlükəlidir və sonu yaxşı olmayacaq. Kimin kimin tərəfində olmasının fərqi yoxdur, hər kəs öz işi ilə məşğul olmalıdır; polis, məhkəmə, siyasətçilər, idmançılar və s.

Haqsızlığı görmək məni ağrıdir, ona görə buradayam”, - basketbolçu deyib.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr