Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanın “Hraparak” nəşrində yayılan məlumat bir daha göstərir ki, ermənilərin kriminal və qanlı fəaliyyətə meyli dəyişmir. Qarabağdan Rusiyaya köçən bir qrup erməni indi Ukrayna savaşında ön cəbhədədir. Özü də cinayətkar dəstənin tərkibində.
Məlumatlara görə, ermənilər Rusiyada “Arbat” adlı batalyona qoşulublar. Bu hərbi dəstəni 2022-ci ildə kriminal avtoritet Armen Sarkisyan yaradıb. Onun keçmişi məhkəmə və həbsxana ilə bağlı olduğundan, batalyonun əsasını da məhkumlardan ibarət şəxslər təşkil edir. 2023-cü ildən etibarən “Arbat” Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Təxminən 500 nəfərlik bu dəstə Ukraynada Avdeyevka, Kursk istiqamətləri və Donetsk vilayətində döyüşlərə qatılıb. Onların bir sıra yaşayış məntəqələrinin işğalında rol aldığı bildirilir. Ermənilər isə burada həm yüksək maaş qazanır, həm də ailələri ilə birlikdə sürətləndirilmiş qaydada Rusiya vətəndaşlığı əldə edirlər.
Tarix boyu müxtəlif ölkələrin ordularında muzdlu döyüşçü kimi yer alan ermənilər bu dəfə də fərqli deyil. Kriminal keçmişli şəxslərin bir araya gəlib qanlı müharibədə iştirak etməsi onların dəyişməyən xislətindən xəbər verir. Bir vaxt Qarabağda terror, təxribat və qətliam törədənlər indi Ukraynada başqa ad altında eyni yolu davam etdirirlər.
Ermənilərin kriminal təfəkkürü və muzdlu döyüşçülük meyli yeni deyil. Sadəcə, bu dəfə meydan başqa ölkədir. Amma mahiyyət eynidir: qan, müharibə və başqasının torpağında cinayət törətmək. Ermənilərin dəyişməyən xisləti bir daha sübut edir ki, harada olurlarsa, xaos, qanunsuzluq və dağıntı onların izlərini müşayiət edir.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.